Əbülfəs Qarayev Ukraynalı nazir müavini ilə görüşüb

Cari il iyunun 18-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda keçirilən Ukrayna Mədəniyyəti Günləri ilə əlaqədar Bakıya səfərə gəlmiş bu ölkənin mədəniyyət nazirinin birinci müavini Timofey Koxanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 
Qonaqları salamlayan nazir ölkəmizdə növbəti dəfə qardaş Ukraynanın mədəniyyət günlərinin keçirilməsindən məmnunluğunu bildirib. Qeyd olunub ki, qarşılılıq dostluq münasibətlərinin inkişaflına xidmət edən tədbir iki ölkə arasında 2011-2015-ci illər üzrə əməkdaşlıq planına uyğun keçirilir. Plan 2011-ci il aprelin 28-də Ukrayna prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb. Bu tədbirin davamı olaraq 2014-cü ildə Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun da iştirak etdiyi görüşdə ikitərəfli maraq kəsb edən məsələlər müzakirə edilib, sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31