Ebru Poladla Afaq Aslan arasında nə baş verdi?

Diqqətli oxuculara məlumdur ki, türkiyəli müğənni Ebru Poladla azərbaycanlı ifaçı Afaq Aslan 20 iyun tarixində Bakıda konsert proqramı ilə çıxış etməli idilər. Bu günlərdə məlum oldu ki, konserti Afaq Aslan tarixə salıb. Buna səbəb isə Ebru Poladın Azərbaycan haqda səsləndirdiyi xoşagəlməz fikirlər olub. Vətənimiz sevməyən Ebru bunu Türkiyədə açıqladığı üçün rəfiqələrin münasibəti korlanıb və Afaq konserti təxirə salıb  OLAYLAR-a danışan Afaq məsələnin təfərrüatlarını açıqladı: "İstəməzdim ilk konsertim təxirə düşsün. Amma Ebru ilə münasibətlərimiz də bu səbəbdən pozuldu. Azərbaycanın çörəyi yemək qərarına gələn Ebru Polad buranı bəyənmirmiş. Hər kəsin yanında Azərbaycanı pisləyir. Mənim həqiqətən qəlbimə dəydi, pisimə gəldi. Niyə Azərbaycanı pisləməlidir ki? Sonra da heç nə olmamış kimi burada konsert verməyə və digər açıqlamaq istəmədiyim işlərə qol qoymağı planlaşdırırdı". Afaq qeyd edir ki, əgər onun konserti təxirə salmaq kimi imkanı olmasaydı belə yenə də səhnəyə çıxmaqdan imtina edərdi: "Axı mən necə vətənimi sevməyən bir müğənni ilə elə öz vətənimdə səhnə bölüşüm? Konsertin təşəbbüskarı mən idim. Amma iş ki bu yerə çatdı, vicdanım yol vermədi. Onun Azərbaycan haqda danışdıqlarını eşitdim və utandım. Yaxın rəfiqə idik. Ancaq artıq ürəyim sındı. Çətin qulağım eşitdiyim sözlərdən sonra ona qarşı yenidən əvvəlki kimi yaxşı münasibət bəsləyə biləm. Mən bu sənətdə yeni-yeni addımlarımı atsam da vətənimi heç nəyə qurban verə bilmərəm. Ən böyük problem onun Azərbaycan haqda səsləndirdiyi o dəhşətli fikirlərdir. Ancaq bundan başqa o xanımda bir çox mənfi xüsusiyyətlər gördüm. Üzülürəm olanlara".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31