Mədəniyyət və Turizm Nazirliyi 7 turizm müəssisəsinə lisenziya verib

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi may ayı ərzində mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verib. Nazirlikdən Trend-ə verilən məlumata görə, ötən ay 7 mehmanxana və mehmanxana tipli obyektin fəaliyyət göstərməsinə xüsusi razılıq verilib. Həmin obyektlər Bakı şəhəri Mərdəkan qəsəbəsi, Sahil çimərliyi ərazisində yerləşən "Khazar Golden Beach" mehmanxanası, Zərdab şəhəri, 20 yanvar küçəsi, ev 5 ünvanında yerləşən "Zərdab" mehmanxanası, Ağstafa şəhəri, R. Alıcanov küçəsi, 68 ünvanında yerləşən "Nəsiboğlu" mehmanxanası, İsmayıllı rayonu, Qara Qaya kəndi ərazisində yerləşən "Qaya" istirahət kompleksi, Zaqatala şəhəri, İ. Şamil küçəsi, ev 2 ünvanında yerləşən "Turqut" mehmanxanası, Şəki şəhəri, M.F. Axundov küçəsi, 185 ünvanında yerləşən "Karvansaray" mehmanxanası, Abşeron rayonu, Masazır kəndi, R. Dünyamalıyev küçəsi, 22 ünvanında yerləşən "Laza" motelidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31