Madonna şoka düşdü: "Nə üçün mənimlə yatmaq istəmirsən?"

Dünya pop-musiqisinin kraliçası Madonnanın bir vaxtlar birlikdə çalışdığı məşhur prodüser Neyls Rocers maraqlı açıqlamalar verib

Onun dediyinə görə, Madonna onunla yatağa girmək istəyibmiş. Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Rocersin dediyinə görə, Madonna dünya miqyasında hitə çevrilən "Like a Virgin" mahnısının premyerasından əvvəl onunla yaxınlaşmaq istəyibmiş.
"Məni dahi, musiqini əla bilən insan adlandırırdı. Həmişə çox yaxın olmağımızı istəyirdi. Günlərin birində isə ofisdə liftə mindim. Madonna da liftə daxil oldu və zəndlə üzümə baxıb dedi: "Nə üçün mənimlə yatmaq istəmirsən?!"
Ona söylədim ki, əvvəllər çalışdığım qadın müğənnilərdən biri ilə belə münasibətlərim olub, amma sonuc yaxşı alınmayıb. Bu səbəbdən də çalışdığım insanlarla romantik münasibətlər qurmuram", - Neyls Rocers söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31