Əyyub Quliyev Rusiyada konsert verib

Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Vasiliy Safonov adına Rusiya Akademik Filarmonik orkestrinin silsilə konsertləri keçirilib. Konsertlər Rusiyanın Mədəniyyət Nazirliyi və Safonov adına Federal Akademik Filarmoniya tərəfindən təşkil olunub. İyunun 12-dən 17-dək Cənubi Rusiyanın möhtəşəm Şalyapin və Skryabin adına salonlarında baş tutan konsertlərdə 4000-ə yaxın insan iştirak edib. Bu barədə "OLAYLAR"a məlumatı Dövlət Opera və Balet Teatrının dirijoru Əyyub Quliyev verib. Əyyub Quliyevin dirijorluğu altında Safonov Filarmonik orkestri dinləyicilərə P.Çaykovski, F.Şubert, C.Rossini və F.Divyenin musiqi aləminin və yaradıcılıq irsinin geniş təqdimatı həyata keçirilib. Tamaşa bitdikdən sonra Filarmoniyanın rəhbərliyi Əyyub Quliyevi iyul ayının 6-dan 30-dək keçiriləcək "Raxmaninov Musiqi festivalının" açılışında dirijorluq etmək üçün yenidən Rusiyaya dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31