Faiq Ağayev hakimiyyətdə yüksək vəzifəyə verilir? (FOTO)

Xalq artisti özü bundan xəbərsizdi

Sosial şəbəkələr xalq artisti Faiq Ağayevə hakimiyyətdə yaxşı bir vəzifə veriləcəyi barədə şayiə yayılıb. ANS PRESS-in məlumatına görə, bunu müğənninin son konsertinin adının "VIDA" olması ilə əlaqələndiriblər. Guya Faiq Ağayev vəzifəyə qoyulacağı üçün səhnə ilə vidalaşıb.Faiq Ağayev yayılan xəbərin mənasız və anlamsız olduğunu bildirərək yazılanları təkzib etdi: "Bax, nədən qaynaqlanır belə dırnaqarası xəbərlər? Anlamıram heç, vallah... 5 ay bundan öncə bütün ölkə mətbuatı mənə istinadən açıqlama yaydı ki, "VIDA" - "vida" deyil. Mənası rum rəqəmləri ilə "6-da" (VI-da) anlamına gəlir. Yəni konsert vərdiş olunmuş saat 7-də (19:00) deyil, saat 6-da (18:00) başlayacaq. İndi bu əhəmiyyətsiz "mövzunu" gündəmə gətirməyin mənası nə? Bekarçılıqdır?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31