“Tarixdə Azərbaycan xalçaları” adlı sərgi nümayiş olunub
14 İyun 2013 19:14 Mədəniyyət17-23 iyun tarixlərində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Şərq Xalçaları üzrə Beynəlxalq Konfransın, "Azərbaycan xalçaları" İctimai Birliyinin üzvü Stefano İoneskonun təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan Xalça turu çərçivəsində "Tarixdə Azərbaycan xalçaları" adlı sərgi təşkil olunub. Milli Azərbaycan Tarix Muzeyində nümayiş olunan sərgidə muzeyin zəngin xalça kolleksiyasından seçilən, Azərbaycanın bütün xalça növləri və xalçaçılıq məktəblərinə aid, XVIII- XX əsr Azərbaycan xalçaları və xalça məmulatları, həmçinin toxucu dəzgahı, qədim xalçaçılıq alətləri nümayiş olunur.Xalça turu çərçivəsində Azərbaycana gələn xarici qonaqlar sərgi ilə iyunun 18-də tanış olacaqlar. Daha sonra sərgi ölkəmizin vətəndaşları və xarici turistlər üçün açıq olacaq. ("OLAYLAR" İA)