Hələ toyu olmayan müğənni hamilədir

Müğənni Suli öğlan övladının olmasını istəyir

Gürcü əsilli müğənni Suli dörd aylıq hamilədir. ANS PRESS-in Axşam.az saytına istinadən verdiyi xəbərə görə, müğənni öğlan övladının olmasını istəyir: "Artıq dörd aydır ki, hamiləyəm. Bu mərhələni çox ağır keçirirəm, həkim nəzarətindəyəm. Yenidən ana olacağımı heç düşünmürdüm. Çünki səhhətimdə ciddi problemlər var idi. Həkimlər hamilə olduğumu deyəndə inanmadım, oturub ağladım. İstəyirəm yenə oğlum olsun. Amma indi qanuna görə, uşağın cinsiyyətini öyrənmək qadağandır".

Suli birlikdə olduğu sevgilisindən də söz açıb: "Mənim çox ciddi münasibətim var. Sevdiyim insan yanımdadır. O məni, mən də onu çox sevirəm. Amma toy haqqında düşünmürəm, nikah istəmirəm. İndi məni ancaq səhhətim və gələcək körpəm maraqlandırır".

Qeyd edək ki, müğənninin əvvəlki evliliyindən bir oğlu var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31