Azərbaycanda Ukrayna Mədəniyyət Günləri keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a daxil olan məlumata görə, "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2013-cü illər üzrə əməkdaşlıq haqqında Protokol"a əsasən 2013-cü il 16-19 iyun tarixində ölkəmizdə Ukrayna Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb. Mədəniyyət Günləri çərçivəsində Bakıda və Hacıqabulda konsertlər və sərgilər təşkil olunacaqdır. Ukrayna Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına xidmət edəcək. Mədəniyyət Günləri ilə əlaqədar aşağıdakı tədbirlər keçiriləcək. Səfər çərçivəsində Ukrayna mədəniyyət nazirinin birinci müavini Timofey Qriqoryeviç Koxanın rəhbərlik etdiyi nümayəndə heyətinin Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etməsi. Ukrayna Mədəniyyət Günlərinin təntənəli açılışı. P.Virski adına Rəqs Ansamblının konserti, Ukrayna Mədəniyyət Nazirinin birinci müavini Timofey Qriqoryeviç Koxanın Mədəniyyət və Turizm Nazirliyində rəsmi qəbulu gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31