Meryem Uzerli həqiqətən haqlı imiş

Yorulmaq bəhanəsi ilə Almaniyaya gedən “Muhteşem Yüzyıl” serialının aparıcı qəhrəmanlarından olan Meryem Uzerlinin Türkiyəni tərk etməsinin əsas səbəbi bəlli olub

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisanın çəkiliş heyətini tərk etməsinin səbəbi ərəb ölkələrindəki yayımdan ona heç bir vəsaitin ayrılmaması olub. "Tims Yapım" şirkətinin rəhbəri Timur Savcı serialının ərəb ölkələrində yayımı ilə əlaqədar əldə edilən gəlirin bir hissəsini aktyor Halit Ergençə vəsait ayırsa da Meryem Uzerliyə heç nə verməyib. Aktrisanı da ən çox qəzəbləndirən elə bu olub. Baş verən problemlə əlaqədar şirkət rəhbərinə şikayət edən aktrisa tələblərinin qəbul edilmədiyini görərək qəfil ölkəni tərk edib. Yenidən seriala qayıtmayacağını deyən aktrisa bunun səbəbini heç bir ruh yüksəkliyinin olmaması ilə əlaqələndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31