Castin Biber gecə klubundan qovulub VIDEO

19 yaşlı ulduzun gecə klubuna girməyə icazə verməyiblər

19 yaşlı kanadalı müğənni Castin Biberin dostları ilə birlikdə əylənmək istəyi ona baha başa gəlib. Los Anjelesdə gecə klubuna girmək istəyərkən ona bura yalnız 21 yaşı tamam olanlar girə bilər. "Sizə olmaz" cavabını alan Biber bir təhər arxa qapıdan içəri keçib. Lakin burada da onu klubun diceyi tanıyıb və mikrofonu əlinə alaraq Castin Biberin burada olduğunu və onun 19 yaşlı olduğunu xatırladıb.

Bundan sonra mühafizə xidməti müğənniyə yaxınlaşaraq ondan məkanı tərk etməyi xahiş edib ki, Biber də pərt halda heç nə deməkdən klubdan çıxıb gedib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31