“Üsyana qatıldığım üçün çölə atıldım”
Məşhur müğənni Yıldız Tilbe Gəzi üsyanlarına qatıldığı üçün “Kanal D”də yayımlanan “Yıldız Tilbe Shov” proqramından qovulub
13 İyun 2013 17:42 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni Gəzi üsyanlarına qatıldığı üçün aparıcısı olduğu verlişdən, həmçinin "Kanal D"dən qovulduğunu deyir. Bitərəf olduğunu deyən müğənni üsyana qatılmasının heç bir siyasi anlam daşımadığını deyir: "Üsyanlara qatılmaq üçün yayımı müvəqqəti də olsa dayandırdıq. Buna görə, Kanal D-dəki proqramımın yayımı ləğv olundu. Üsyana qatıldığım üçün çölə atıldım". Müğənni ölkənin bötüövlüyü üçün üsyana qatıldığını deyir: "Əsas məqsədimiz ölkəmizin bütövlüyünü qorumaq, imicinə xələl gətirməməkdir. Bitərəfəm sadəcə ölkəmizin gələcəyinin xoş olmasını istəyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31