Acundan 100 min türk lirəsi istəyir

Məşhur şoumen Acun İlicalı ötən ildə efirdə aparıcısı olduğu “Survior” realiti şousunun iştirakçısı tərəfindən təhdid edilir

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən il Acun İlicalının köməkçisi "Survior" realiti şousunun oyunçularından biri olan Taner Tarlaçıya saqqalını qırxacağı təqdirdə 100 min verəcəyini vəd etsə də sözünün üstündə dura bilməyib. Bu anlaşılmazlıq sonradan tərəflər arasında münaqişəni get-gedə böyüdüb. Saqqalının yalnız pula görə qırxdığını deyən Taner məbləği ödəmədiyi üçün qarşı tərəfə hədə-qorxu gəlməyə başlayıb. Taner Acuna İlicalıya yazdığı mesajında qarşı tərəfin bütün işini, ofisini alt-üst edəcəyini deyərək aparıcının onun hesabına reytinqlərdən 400 min türk lirəsi məbləğində gəlir əldə etdiyini vurğulayır. Qarşı tərəf isə bu münasibətlərin məhkəmə yolu ilə həll olunmasına çalışır. Acun İlicalı məhkəməyə təqdim etdiyi ərizəsində qarşı tərəfin onu təhdid etdiyi üçün 6 aydan iki ilədək həbs olunmasını tələb edib. Baş verən anlaşılmazlığa məhkəmə aydınlıq gətirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31