Şakira kişiləri əldə saxlamağın üsullarından danışdı

Müğənni Pikenin sevdiyinə görə onunla olduğunu bildirib

Kolumbiyalı ulduz Şakira tanınmış futbolçu olan əri Pikedən danışıb. ANS PRESS-in verdiyi xəbərə görə, "Elle" jurnalına müsahibə verən müğənni kişiləri necə əldə saxlamağın üsullarından bəhs edib. Müğənninin sözlərinə görə, birinci növbədə kişiyə azadlıq vermək lazımdır: "Hər bir kişinin öz dünyası var. Qarşı tərəfə sərbəstlik vermək sağlam münasibətlərdə vacib amildir. Mən bilirəm ki, Pike məni sevdiyinə görə mənimlədir. Mən ona qadın zərifliyindən başqa heç nə verə bilmərəm". 
Xatırladaq ki, cütlüyün dörd ay əvvəl oğlu dünyaya gəlib. Hazırda müğənni və oğlu ABŞ-da və İspaniyada yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31