Masallıda folklor festivalı keçirilir
13 İyun 2013 14:14 Mədəniyyətİyunun 12-dən 16-dək Masallı rayonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş II Beynəlxalq Folklor Festivalı keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Gürcüstan, Türkiyə, İran, Qazaxıstan, Ukrayna, Belarus, Latviyadan folklor kollektivləri iştirak edəcək.
Tədbirdə Azərbaycandan Ağdamın "Qarabağ bülbülləri", Masallının folklor kollektivləri və rəqs qrupları da öz məharətlərini nümayiş etdirirlər.
Festival günlərində qonaqlar üçün rayonun tarixi və görməli yerlərinə ekskursiyaların təşkili nəzərdə tutulub. Rayonun turizm obyektlərində və istirahət mərkəzlərində, yaşayış məntəqələrində konsertlər, xalq tətbiqi sənət nümunələri və yerli sənətkarların əl işlərindən ibarət sərgilər təşkil ediləcək. ("OLAYLAR"İA)