Qurtuluş gününə həsr olunmuş sərgi açılacaq

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş, Azərbaycan tarixi mövzusunda respublika rəsm müsabiqəsinin yekunu - "Əsrlər-nəsillər" sərgisi keçiriləcək. Nazirliyin məlumatına görə,
sərginin açılışı iyun ayının 14-də, saat 17:00-da Muzey Mərkəzinin Sərgi qalereyasında təşkil olunacaq.
Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Azərbaycan tarixi mövzusunda "Əsrlər-nəsillər" adlı respublika müsabiqəsi elan olunub. Bir neçə mərhələdə davam etdirilmiş müsabiqəyə Azərbaycan tarixinin şanlı hadisələrini, görkəmli tarixi şəxsiyyətlərin fəaliyyətini, qəhrəmanların millətin varlığı və dövlətçilik ənənələrinin yaşadılması, müstəqillik, suverenlik, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğurda göstərdikləri şücaətləri əks etdirən əsərlər təqdim olunub. Bu müsabiqə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, insanlarda Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edən hadisələr və tarixi şəxsiyyətlərin fəaliyyəti haqqında təsviri sənət əsərləri vasitəsi ilə təsəvvür yaratmağa xidmət edir.
Sərgi iyun ayının 17-dək davam edəcək. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31