Azərbaycanın cənub bölgəsindəki turizm obyektlərinin fəaliyyəti yoxlanılır
13 İyun 2013 13:29 MədəniyyətAzərbaycan Mədəniyyət və Turizm Nazirliyi yay turizm mövsümünə hazırlıq məqsədilə ölkənin çənub bölgəsindəki turizm müəssisəsələrində monitorinqlər aparır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanda yay turizm mövsümünə hazırlıq məqsədilə turizm müəssisələrində aparılan monitorinqlər iyunun 30-da yekunlaşacaq. İndiyədək aran və şimal rayonlarında monitorinqlər keçirilib.
Sonuncu monitorinqlər isə ölkənin şimal-qərb rayonlarındakı turizm müəssisələrində aparılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31