Məşhurun "ölüm otağı"
Los Anceles polisi Maykl Ceksonun öldüyü otağı fotoşəkillərini yayıb
13 İyun 2013 20:08 MədəniyyətMaykl Ceksonun öldüyü otağın fotoları üzə çıxıb. ANS PRESS-in abcnews-a istinadən verdiyi məlumata görə, Los Anceles Polisi Maykl Ceksonun ölümündən sonrakı çəkilən fotoşəkilləri yayımlayıb. Yataq otağında ətrafa saçılmış çox sayda həb şüşəsi, tibbi avadanlıqlar hadisənin nə qədər tragik olduğunu göstərir. Ceksonun yataq otağında çəkilən kadrlardan biri də arxa planda yer alan Çarli Çaplin və körpə fotoşəkilləridir.
Xatırladaq ki, müğənni Los Ancelesdəki malikanəsində 25 İyun 2009-cu ildə ölmüşdü. Məhkəmənin qərarına görə, müğənninin ölümünə səbəb həkimi Konrad Murreyin anesteziya dərmanı olan "Propofol"dan həddən artıq dozada verməsidir. Bu səbəbdən də həkim Murrey 4 il azadlıqdan məhrum edilərək həkimlik lisenziyası da ləğv olunub.