Beynəlxalq Mədəniyyət Festivalı layihəsi həyata keçirilir
13 İyun 2013 12:28 Mədəniyyət"Azərbaycan - Avropa Gənclərinin Əməkdaşlığı" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə yeni layihə həyata keçirir. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, "Beynəlxalq Mədəniyyət Festivalı" adı altında həyata keçiriləcək layihə müxtəlif mədəniyyətlərin tanıtdırılmasına, müxtəlif ölkələrin gəncləri arasında əməkdaşlığı inkişaf etdirilməsinə yönəlib. Əsas məqsəd mədəniyyətlərarası dialoqun gənclər arasında yaradılması ilə humanitar əlaqələrin inkişaf etdirilməsindən ibarətdir. Layihə gələcək əməkdaşlıq üçün bir platforma rolunu oynayacaq və beynəlxalq səviyyədə əlaqələr üçün şəbəkə yaradacaq. Layihə 5 gün müddətində Bakı və Şəki şəhərində həyata keçirilməklə, 25-30 iyun tarixlərində reallaşcaq. Layihə 15 xarici ölkədən, 5 isə Azərbaycandan olmaqla ümumilikdə 20 nəfər iştirakçını əhatə edəcəkdir.