Snoop Doggun İstanbul konserti təxirə salındı

Son günlərdə Türkiyədə baş verən hadisələrin bir çox tanınmış şəxslərin konsert planlarına təsiri haqqında sizə məlumat vermişdik. Onlardan biri də Azərbaycanın xalq artisti Aygün Kazımova ilə məşhur dünya ulduzu Snoop Doggun gözlənilən İstanbul konserti idi. Bu məsələlərlə bağlı Aygün Kazımova "OLAYLAR" vasitəsi ilə də mediaya müraciət edir:

"Bəli, Snoop Doggun konserti təxirə salındı. Yetimin məgər Allahı yoxdur? (gülür). Əzizlərim, vətəndəyəm. Məmləkətimdə reklam çəkilişim və çıxışlarım var. Sevənlərim, dostlarım üçün də çox darıxmışam. Xüsusilə də Tarikoşam üçün. Və yenidən qayıdıram. Amma bu ay layihəmin təqdimatı olacaq. Gününü, ayını və dəqiq vaxtını gözləməyə dəyər. Hamınızı öpürəm..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31