"Şəhidlər ölməz-Vətən bölünməz" kitabının hazırlanması prosesi davam edir

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi "Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi" layihəsini həyata keçirir. QHT-nin sədri Əkrəm Bəydəmirlinin "Olaylar"a verdiyi məlumata görə, layihə çərçivəsində hazırlanan "Şəhidlər ölməz-Vətən bölünməz" kitabı  Xəzər rayonun 25 Şəhidinə həsr olunub. Vətən müharibəsi, xalqımızın  haqq savaşı  bir çox həqiqətləri bir daha təsdiqlədi. Ali Baş Komandanın başçılığı, Ordumuzun rəşadəti nəticəsində qazanılan bu tarixi qələbə  44 günlük  müharibənin həqiqət anıdır. Bizim missiyamız bu, həqiqət anında qəhrəmanlarımızı tanıdaraq  öz  vəfa borcumuzu yerinə yetirməkdir. Layihənin digər bir istiqaməti ondan ibarətdir ki, postmüharibə dövründə "Virtual Qarabağ" elektron bazasının rus dilində yaradılmasıdır. Yeni yaradılacaq  elektron baza  xarici auditoriya üçün daha əlçatan olacaq. Azərbaycanın ümumilikdə Qarabağın mədəniyyəti, tarixi  və bu günü haqqında  daha zəngin mənbə formalaşdırmaq hədəfdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31