Azərbaycanlı şair vəfat etdi
6 Fevral 2022 20:31 MədəniyyətBu gün səhər Türkiyədən acı xəbər gəldi.
İstedadlı Vətən və millət şairi, Qarabağ, Şuşa sevdalısı, Türk Ağsaqqallar Birliyi Rəyasət Heyətinin üzvü, Türkiyədəki Dünya Avsarlar Birliyinin Azərbaycan təmsilçisi, sadiq və sədaqətli dostumuz Şöhlət Əfsar Adanada keçirilən beynəlxalq tədbir başa çatdıqdan sonra - Vətənə qayıtmaq ərəfəsində dünyasını dəyişmişdir.
Allah doğmalarına, əzizlərinə, poeziyasevərlərə səbir versin.
Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun!
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyi məlumat yayıb.
Məlumata görə, Axundov Şöhlət Əşrəf oğlu 73 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, mərhum 1949-cu ildə Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31