“Nobel”dən imtina edən yazıçılar

Oğuz Ayvaz

"Nobel"dən ilk dəfə imtina edən Lev Tolstyodan sonra keçən 110 ildə ona yaxın adam bu nüfuzlu mükafatdan imtina edib.

1906-cı ildə Rusiya Elmlər Akademiyası Lev Nikolayeviç Tolstoyun "Nobel"ə namizədliyini irəli sürməyə qərar verib. Bundan xəbər tutan Tolstoy dərhal xaricdəki dostlarıyla əlaqə yaradıb. Məqsəd "Nobel" almaq üçün yox, almamaq üçün kömək istəmək idi. O dostlarına məktub yazıb namizədliyinin geri götürülməsi üçün ona yardım göstərmələrini rica edirdi. Ancaq Tolstoy bu cür addım atmış yeganə adam deyil. Sonradan "Nobel" imtinaçılarına Jan Pol Sartr, Boris Pasternak və başqa tanınmış simalar da qoşuldular.

Lev Tolstoy öz davranışı ilə bir nümunə yaratdı. Yeni yaranmasına baxmayaraq (o zaman nobel mükafatı cəmi beş iş il idi yaranmışdı), prestiji olan bu mükafatdan heç kim imtan etməzdi. Rus yazıçısının qeyri-adi addımından sonra isə xüsusi termin olan: "Nobel" imtinaçısı yarandı. Ondan bəri keçən 110 il ərzində belə "üsyankarların" sayı 10-u keçməyib.

Tolstoy yazıçı və tərcüməçi dostu Arvid Jarnefeltə yazıb ondan kömək istəyirdi. O məktubunda "Hərb və Sülhün" müəllifi kimi nobelin kiməsə başqasına qismət olması üçün ona yardım etməsini rica edirdi. Gözlənildiyi kimi dostu bundan təəccüblənmişdi. Nəzərə alanda ki, o dövr "Nobel" mükafatının həcmi 150 milyon isveç kronu idi, belə mükafatdan imtina etmək üçün dəli olmaq lazım idi. Tolstoy sonralar Jarnefeltə yazdığı sonrakı məktublarında onu "böyük məbləğin öhdəsindən gəlmək kimi ağır əzabdan qurtardığı üçün" minnətdarlığını bildirirdi. Ümumiyyətlə, o zamanlar Lev Nikolayeviç ən yaşlı nobel mükafatçısı ola bilərdi, axı mükafat veriləndə onun nə az, nə çox 78 yaşı vardı. Ancaq Tolstoy mükafatı almadığı üçün ən yaşlı nobelçi amerikalı iqtisadçı Leonid Hurviçz hesab olunur. O düz 90 yaşında nobel alıb.

Beləliklə 1906-cı ildə nobel mükafatını italyan şairi Giuseppe Carducci aldı. Tolstoy bundan həddsiz sevinmişdi, bununla belə dünyada "Nobel" mükafatından imtina etmiş ilk insan kimi də tarixə keçmişdi.

Tolstoyun imtinasından düz 58 il sonra, eyni hadisə yenidən təkrarlanıb. Bu dəfə "imtinaçı" fransız Jan-Poll Sartr idi. Ancaq Tolstoydan fərqli olaraq Sartr öz imtinasını səs-küysüz deyil, böyük bir qalmaqal qopararaq gerçəkləşdirmişdi. O öz imtinasına iki səbəb göstərmişdi. Birincisi, fransız yazar bununla öz müstəqilliyini dünyaya car çəkir, ikincisi bu yolla o haqsızlıqda günahlandırdığı "Nobel" komitəsinə etirazını bildirirdi. Sartr bu haqda yazırdı: "İndiki şəraitdə işinə görə mükafata laiyiq görülənlər Qərbin yazıçıları ya da Şərqin " üsyançıları " dır. Ancaq Cənubi Amerikanın ən böyük şairi Neruda mükafata layiq görülməyib. Heç vaxt Araqonun namizədliyinə ciddi yanaşılmayıb. Həmçinin "Nobel" mükafatının Şoloxova deyil Pasternaka verilməsi, nobel alan yeganə sovet əsərinin isə xaricdə çap olunub, öz ölkəsində qadağa edilməsi özlüyündə üzücü faktdır ". Sartr "Nobel"i onun azadlığını əlindən almağı hədəflədiyini deyirdi...

Məlumdur ki, Pasternakın nobelə layiq görülməsi 1958-ci ildən əvvəl baş vermişdi. Doğurdan da yazar mükafatdan imtina etmişdi, ancaq öz istəyi ilə deyil, başqalarının təzyiqi ilə. Kremli buna məcbur edən səbəb hələ də məlum deyil. Ya səbəb "Doktor Jivaqo" romanının özündə idi, ya da romanın xaricdə çap olunması Kremlin qısqanclığına gətirib çıxarmışdı. Ancaq necə oldusa "Nobel" mükafatın Pasternaka düşməmişdi, mükafata layiq görüldükdən iki il sonra yazıçı xəstələnib dünyasını dəyişir, onun "Nobel" mükafatını isə 1989-cu ildə oğlu ala bilir. Şoloxova gəldikdə isə o öz "Nobel"ini 1965-cu ildə ala bilir.

"Nobel"ə layiq görülüb ala bilməyənlər içində elm adamları da var, özü də onun nobel almasına mane olan siyasətçilər idi. Belə ki, 1939-cu ildə "Nobel"ə namizəd görülmüş mikrobioloq Gerhard Domagk nobeldən imtina etməli olur. Onun bu addımın səbəbkarı isə Adlof Hitler idi.

Bu yolla Hitler Nobel komitəsindən bir növ intiqam alırdı. Belə ki, 1936-cı ildə sülpərvər və nasizmin düşməni Carl von Ossietzky-nin "Nobel"ə layiq görülməsi Hitleri bərk əsəbləşdirmişdi. Buna görə də 1937-ci ildə Hitler almanların Nobel almasını qadağan edən fərman imzalamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31