Türkiyəli "Seks simvol" yenidən Azərbaycanda-
12 İyun 2013 16:30 MədəniyyətTürkiyənin tanınmış müğənnisi, "Seks simvol" titulunun sahibi Ebru Polad yenidən Bakıya gələcək. Bir neçə ay öncə paytaxtımızda rəfiqəsi, gənc müğənni Afaq Aslanın ilk albomunun təqdimatına təşrif buyuran müğənni bu dəfə konsert proqramı ilə çıxış edəcək. Səhnəni Afaq Aslanla bölən Ebru Azərbaycan xalq mahnılarına da müraciət edəcək. Hazırda İstanbulda olan Afaq Ebru ilə birgə duet hazırlayır. İki rəfiqə studiyada mahnı üzərində işləyirlər və bu ifanın ilk dinləyiciləri Bakı konsertinin qonaqları olacaq.
Konsert 6 iyul tarixində paytaxt akvaparklarından birində baş tutacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31