Hülya Avşar üsyana qatılmayacaq
Məşhur türk müğənnisi Hülya Avşar Gəzi parkında təşkil eidlən üsyanla bağlı maraqlı açıqlamalar verib
12 İyun 2013 15:32 Mədəniyyət. "OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni üsyana qatılmamasının səbəbini barışıq mövqeyində dayanması ilə izah edib: "Baş nazirə ünvanladığım mesajla əlaqədar cavab gəldi. Önümüzdəki günlərdə baş nazir Rəcəb Tayyip Ərdoğanla görüşüb bəzi məsələlərə aydınlıq gətircəyik. Sənətçi olduğum üçün üsyana qatılmağı özüm üçün uyğun hesab etmirəm. Amma bu o demək deyil ki, mən üsyançıların tərəfində deyiləm. Əsla belə ola bilməz. Hər zaman onların arxasındayam. Bitərəf olmaqdansa barışıq mövqeyində dayanmağa üstünlük verirəm. Beləcə tərəflər arasında hansısa razılığı əldə edə bilərik". Müğənni sənətçi dostlarında ona təklif gəlib-gəlmədiyi haqda verilən suala isə belə cavab verdi: "Xeyir, gəlmədi. Onların dəstəyinə heç ehtiyacım da yoxdur".