Faiq Balabəylinin yeni kitabı çap olundu

Kitabda 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Rus-Sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən, Bakı şəhərində dinc sakinlərin qətlə yetirməsinə etiraz olaraq Bakı buxtasına toplaşıb ölkəmizə edilən hərbi təcavüzün dünya ictimaiyyətinə dəqiq çatdırılmasında mühüm və əsas rolu oynayan Azərbaycan dənizçilərinin misilsiz qəhrəmanlığından bəhs olunur.

Kitabda hadisələrin iştirakçılarınınn xatirələri, ziyalıların qəhrəman dənizçilərin şücaəti haqdında fikirləri və dənizçilərimiz tərəfindən zamanında qəbul olunan qərarlar əksini tapır.

Kitabı Dənizçilərə Sosial Dəstək İctimai Birliyindən əldə etmək olar. Sayı məhdudur, cəmi 1000 ədəd.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31