İbrahim Tatlısəs: “Mən qul tərəfindən deyil, Allah tərəfindən vuruldum”
Bir neçə həftəlik müalicə olunaraq sağlığında yaranan problemləri həll etmək üçün Almaniyaya yollanan məşhur müğənni İbrahim Tatlısəs “Tvitter” sosial şəbəkəsində yenidən od püskürüb
11 İyun 2013 16:00 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni səhifəsində "sənin ağlın hələ də başında deyil" deyə ona sərt mesaj yollayan şəxsin cavabını belə verib: "Başıma gələn hadisələrlə əlaqədar mənə gülənlərə canım acıyır. Mən qul tərəfindən deyil, Allah tərəfindən vuruldum. Bu da mənim üçün şərəflərin ən böyüyüdür". Tatlısəs bundan başqa uzun illər öncə sevilən aktyor Kemal Sunalla birgə çəkdirdiyi cavanlıq şəkillərini də təqibçiləri ilə paylaşıb: "Baş verən yaxşılıqlara, həm də pisliklərə rəhmətliklə birgə qəhqəhə çəkib gülərdik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31