Azərbaycan Konqres Bürosunun təqdimat mərasimi keçirilib

Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, 2013-cü ilin 10 iyun tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərində Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimat mərasimi keçirilib. Tədbir zamanı Büronun işinin təşkili, onun məqsədləri, vəzifə və səlahiyyətləri barədə geniş məlumat verilib, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə bir sıra brend mehmanxanaların və turizm şirkətlərinin rəhbərləri arasında Büronun yaradılması barədə niyyət protokolu imzalanıb. Büronun əsas fəaliyyəti Azərbaycana iri miqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcək.
Tədbirdə açılış nitqi ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin Azərbaycanda işgüzar turizmin inkişafına verəcəyi töhfələrdən, bu istiqamətdə imkanların genişləndirilməsi üçün beynəlxalq səviyyədə görüləcək işlərdən, həmçinin, planlaşdırılan tədbirlərdən danışıb. Ə.Qarayev Büronun fəaliyyətinin əhəmiyyətindən geniş söz açaraq, turizm sənayesinin nümayəndələrini əməkdaşlığa dəvət edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31