Davud Güloğlunun Bakı konsertində nələr olacaq?

Türkiyənin məşhur müğənnisi Davud Güloğlu iyunun 29-da Bakıda konsert proqramı ilə çıxış edəcək

Konsertin təşkilatçısı Samir Xattab "OLAYLAR"a açıqlamasında bildirib ki, konsert "Hollywood" əyləncə məkanında baş tutacaq: Davud Güloğlu ilə yanaşı konsertdə paytaxtımızın dəfələrlə qonağı olan tanınmış Dj Erdi Erdoğan çıxış edəcək. Azərbaycanlı rep ifaçısı Qurd da konsertə xüsusi qonaq kimi dəvət olunub. Konsertdə əla, gözlənilməz sürprizlər, o cümlədən, oriyental və milli rəqslər nümayiş olunacaq". Konsert çərçivəsində tamaşaçılar üçün pulsuz olaraq açıq bufet, furşet də təşkil olunacaq: "Ən əsası cəmi 20 manata bilet almaqla möhtşəm gecənin şahidi olacaq tamaşaçılar konsertdən xoş təəssüratla ayrılacaq".

Qeyd edək ki, konsertin digər təşkilatçısı "Has production"dur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31