Nadir Qafarzadə iyunun 12-də solo konsert verəcək

Müğənni “Qurtuluş Günü” ilə əlaqədar Şəkidə solo konsertlə sevənlərinin qarşısında çıxış edəcək

Nadir Qafarzadə bu haqda  "OLAYLAR"a açıqlama verərkən deyib: "İyunun 12-də Şəki Rayon İcra başçısının təşəbbüsü sayəsində Şəkidə qurtuluş günü ilə əlaqədar solo konsert verəcəyəm. Saat yarım davam edəcək konsertdə bir-birindən fərqli mahnılarla sevənlərimin qarşısında çıxış edəcəyəm".

Heç bir yenilik etməyi düşünmədiyini deyən müğənni son ayların "partlayış" yaradan mahnılarından biri olan "Maral"a klip çəkmək fikrindən daşınmasının səbəbini də izah edib: ""Maral"a klip çəkdirməyi düşünürdük. Sonradan fikrimizi dəyişdik. Bu mahnının klipə ehtiyacı yoxdur. "Maral" onsuz da partlayışını edib. "Maral"a qədər Azərbaycanda heç bir mahnı dörd ay ərzində "Youtube"da 1 milyondan da artıq izləyici cəlb edə bilməyib. Xalq bu mahnını qəbul edirsə deməli "Maral" böyük əksəriyyət tərəfindən sevilir. Tənqidləri yalnız Nadir Qafarzadəni gözü götürməyənlər səsləndirə bilər. "Maral" səslənəndə mahnını bəyənməyənlər də ortalığa düşüb oynayır". Müğənni ötən illərdə olduğu kimi isti yay günlərində ailəsi ilə birgə istirahət etməyi düşünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31