Xoşqədəmlə Doğuş Yeni il üçün Kipr və Fransanı seçdi
3 Yanvar 2022 13:10 MədəniyyətXoşqədəm Hidayətqızı Yeni ilə Kiprdə girib.
Olaylar.az xəbər verir ki, buna sənətçinin həyat yoldaşı Doğuşun orada hotellərin birində səhnə alması səbəb olub. Oğulları Arda və Arınla birgə media nümayəndələrinin suallarını cavablandıran cütlük yeni layihələrinin olduğunu söyləyib.
Doğuş bildirib ki, tezliklə "Best of" albomu çıxaracaq. O, bir neçə sənətçi ilə görüşlər etdiyini vurğulayıb.
X.Hidayətqızı isə Afrikadakı "Ağıllı kənd" layihəsindən söz açıb:
"Orada quyular qazılacaq. Enerji, elektrik, yollar inşa ediləcək. Bu, uzun illərdir xəyalım idi. Öz ölkəmdə 12 ildir belə layihələr edirəm".
Qeyd edək ki, cürlük Kiprdən sonra Yeni il tətilini Fransada davam etdirib.
Mənbə: milli.az


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31