Azərbaycanın məşhur komediya aktrisası əcnəbiyə ərə gedir VIDEO
"Ərə gedəcəm, kimsə də buna mane ola bilməz"
11 İyun 2013 08:10 MədəniyyətAzərbaycanın tanınmış komediya ustası Fatma Mahmudova ərə hazırlaşır. Milli.Az Day.Az saytına istinadən bildirir ki, onun gələcək həyat yoldaşı əcnəbidir."Çoxları məni tənqid edirlər, amma başa düşmürəm, burada nə var ki?! Qızlarım çoxdan ərdədirlər, nəvələrim var, indi də özüm üçün yaşamaq istəyirəm. Qohumlarım qərarıma qarşı deyillər. Mənim seçdiyim adam varlıdır, 57 yaşı var, Moskvada işləyir. Çoxdan mənə diqqət yetirirdi, amma mən ona həminə yox deyirdim. İndi isə razılaşmaq qərarına gəldim. Ərə gedəcəm, kimsə də buna mane ola bilməz", - deyə aktrisa ATV telekanalının "Ümid var" verilişində deyib.F.Mahmudovanın toyu iyunun 24-də, yaxınlarının əhatəsində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31