"Netflix"də filmlərimizin nümayiş olunması ölkənin təbliğatıdır"- Nazir

Mədəniyyət naziri Anar Kərimov Azərbaycan filmlərinin məşhur "Netflix" film platformasında nümayişinin əhəmiyyətini qeyd edib.

Olaylar.az xəbər verir ki, nazir Mədəniyyət Nazirliyi 2021-ci il üzrə Hədəflər və Nəticələr mövzusunda keçirilən mətbuat konfransında "Netflix"in Azərbaycanla əməkdaşlığının əhəmiyyətli olduğunu bildirib.

""Netflix"də filmlərimizin nümayiş olunması ölkənin təbliğatıdır. Həsas olmalıyıq ki, bizimlə əməkdaşlıq etsinlər. Etimad qursaq, əminəm ki, bizlə işləyəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31