"Azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin yaradılması nəzərdə tutulur".

Olaylar.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Mədəniyyət Nazirliyi 2021-ci il üzrə Hədəflər və Nəticələr mövzusunda keçirilən mətbuat konfransında çıxışında deyib.

"İl ərzində hədəf 9 istiqamət üzrə fəaliyyət planının həyata keçirilməsi olub: "Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması" istiqamətində 2030-cu ilədək strategiyanın hazırlanması üzərində iş gedir. Bununla bağlı yerli və xarici təcrübə öyrənilir. Bu sənəddə 5 prioritet istiqamət var. Xüsusi olaraq idarəetmə sisteminin daha şəffaf olmasını istərdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31