Mədəniyyət Nazirliyinin "Mədəniyyət Nazirliyi 2021-ci il üzrə hədəflər və nəticələr" adlı mətbuat konfransı keçirilib
28 Dekabr 2021 12:44 MədəniyyətBu gün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Mədəniyyət Nazirliyi 2021-ci il üzrə hədəflər və nəticələr" adlı mətbuat konfransı keçirilib.
Olaylar.az xəbər verir ki, 3 mərhələdən ibarət tədbir Mədəniyyət Naziri Anar Kərimovun Azərbaycan xalqını Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni ili münasibətilə təbriki ilə başlayıb.
Daha sonra nazir 2021-cil il ərzində nazirliyin hədəfləri haqqında məlumat verib:
"Biz 2021-ci il üçün 9 hədəf açıqladıq. Bu hədəfləri açıqlayanda, mən öz Twitter hesabımda yazdım ki, biz bu 9 hədəfi elan etdik, amma bundan sonrakı məqsəd bu hədəfləri sözdə yox, əməldə icra etməkdir. Bu gün bizim tərəfimizdən hesab zamanıdır və zamanı gəldiyi üçün biz bu hesabatları və nəticələrini sizlərə təqdim edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31