Mədəniyyət Naziri Anar Kərimov nazirliyin 2021-ci il üzrə hədəfləri haqqında danışıb
28 Dekabr 2021 12:42 MədəniyyətMədəniyyət Naziri Anar Kərimov nazirliyin 2021-ci il üzrə hədəfləri haqqında danışıb.
Olaylar.az xəbər verir ki, həmin hədəflər aşağıdakılardır:
1. Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması
2. Mədəniyyət və yaradıcılığın inkişafı, məzmunun zənginləşdirilməsi
3. Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı
4. Mədəni irsin qorunması, bərpası və inkişafı
5. Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin və infrastrukturun bərpası
6. "Nizami Gəncəvi ili" ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi
7. Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi
8. Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi
9. COVID-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi