Gənclərimiz Xalqlar Mədəniyyəti festivalında iştirak edib

2013-cü il iyun ayının 8-də Almaniyanın Noyss şəhərində "Xalqlar mədəniyyəti" adı altında keçirilən yaz festivalında Dünya Azərbaycanlı Gənclər Birliyinin Almaniyadakı nümayəndəliyi də iştirak edib. Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyilə keçirilən festivalda şəhər şurasının nümayəndələri, yerli və beynəlxalq təşkilatların, yerli partiyanın üzvləri iştirak ediblər. Dünya Azərbaycanlı Gənclər Birliyinin Almaniyadakı nümayəndəliyin rəhbəri Elnur Rixter, festivalda yerləşən "Azərbaycan Diyarı" çadırı altında qonaqlara Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə bağlı gərəkli məlumatları verib. Bildirib ki, Azərbaycan xalqı ölkəsində, regionunda sülh və əmin-amanlıq yaranmasını istəyir, müharibənin yenidən başlanmasının əleyhinədir.  Tədbirdə iştirak edən qonaqlara respublikamız haqqında olan kitablar, CD-lər və milli mətbəximizin şirniyyatları təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31