Acun İlicalı 15 saniyə ərzində 125 min türk lirəsi əldə edir
10 İyun 2013 18:00 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur şoumen Acun İlicalı hər verlişə görə, işbirliyi qurduğu kanala bir milyon lirə gəlir gətirir. Aparıcı şəxsi gəlirlərinin böyük əksəriyyətini isə verliş ərzində yayımlanan səssiz reklamlardan əldə edir. 15 saniyəlik səssiz görüntüdən 125 min türk lirəsi götürən şoumen əldə etdiyi vəsaitlərin böyük əksəriyyətini xeyriyyəçilik istiqamətində sərf etməyi düşündüyünü deyir. Bu günə qədər ehtiyacı olan kimsəsizlərə əl tutan İlicalı Vanda anasının adını daşıyan lisey şagirdləri üçün İstanbulda pulsuz kurslar təşkil etməyi də planlaşdırır: "Bu vaxtadək nə elədimsə Allah-təala onu mənə artıqlaması ilə geri verdi. Özümü xoş niyyətli insanlardan biri hesab edirəm. Buna görə də çox xoşbəxtəm".