Sabina Babayeva Azərbaycana qayıtdı
2012-ci ildə ölkəmizi Eurovision mahnı müsabiqəsində təmsil edən Sabina Babayeva 2 aylıq fasilədən sonra vətənə qayıtdı
10 İyun 2013 17:31 Mədəniyyət"OLAYLAR"ın verdiyi məlumata görə, həyat yoldaşı ilə bərabər 2 ay Almaniyanın paytaxtı Berlin şəhərində olan müğənni artıq iş başındadır. Sabina ilk əvvəl onu sevənlərə fotoqraf Ruslan Teymurfulatovla bərabər hazırladığı fotosessiyasını təqdim edib. Bundan başqa yay ayları boyunca ölkə daxilində və xaricində konsert proqramları ilə çıxış edəcək müğənni hazırda repertuarına yeni əlavələr etməklə məşğuldur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31