“Pulumu yığıb ölümümü gözləyəcəyəm”

Məşhur müğənni Sərdar Ortaç Gəzi hadisələri ilə əlaqədar konsertini təxirə salmayacağını deyib

"OLAYLAR"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni baş verən hadisələrlə əlaqədar konsertlərini təxirə salmayacağını, buna görə hətta atasının ölümünün ildönümündə də konsert verdiyini deyib: "Dünən atamın ildönümü idi. Atam məzarda ikən mən mahnı oxudum. Qəbirdən çıxıb mənə "nə xeyirsiz adamsan, mən ölmüşəm sən isə mahnı oxuyursan" deyəcəkdi? Atama qarşı da belə davranmağa məcburam. Konsert versəm bir söz, verməsəm də min söz deyəcəklər. Hələ maddi zərəri demirəm. Buna görə 150 min dollarlıq təzminat da ödəməli olacağam". Bu arada çox yorulduğunu deyən müğənni son günlərdə ölkədə baş verən hadisələrə də münasibət bildirib: "Öncələr bu kimi hadisələrə tez reaksiya verərdim. Düşüncələrim bitərəf olmağı tövsiyə edir. Düşünürəm ki, heç nəyə qarışmadan işimi görsəm daha yaxşı olar. Bu saatdan etibarən pulumu yığıb ölümümü gözləyəcəyəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31