Maykl Ceksonun qızı: "Ölmək istəmirəm!"

Dünya pop-musiqisinin mərhum kralı Maykl Ceksonun qızı, 15 yaşlı Peris Cekson ABŞ-dakı Kaliforniya Universitetinin Tibb Mərkəzinə köçürülüb.  Məhz bu mərkəzdə 2009-cu ildə Maykl Ceksonun ölümü rəsmiləşdirilmişdi. Milli.Az Mail Online-a istinadən bildirir ki, 15 yaşlı Peris Cekson intihar etməyə cəhd eləmişdi və o, ötən həftənin çərşənbə günü damarlarını kəsməyə çalışmışdı. Deyilənə görə, Perisin ailəsi onu roker Merilin Mensonun konsertinə buraxmayıb. Depressiyaya düşən Peris otağına gedib, qapını arxadan bağlayıb. O, ağlayıb, qışqırıb, sonra isə ət baltacığı ilə damarlarını kəsib. Digər məlumatlara görə, Peris güclü təsirə malik yuxu dərmanları içib. Perisin bibilərinin dediklərinə görə, Peris son vaxtlar depressiyada olub.

Onun bədbinliyinin səbəblərindən biri də nənəsi Ketrin Ceksonun davranışı idi.  83 yaşlı Ketrin Cekson mərhum Maykl Ceksonun son konsert turnesinin təşkilatçısı olan "AEG Live" şirkətini məhkəməyə verib. Peris də iyunun sonunadək məhkəməyə qatılmalı, şahid qismində ifadələr verməliydi. O da vurğulanır ki, xəstəxanaya aparılanda Peris Cekson deyib: "Yaşamaq istəyirəm! Ölmək istəmirəm!"

Tibb Mərkəzində psixoloji reabilitasiya yardımları da almağa başlamış Peris Ceksonun yanında anası Debbi Rou da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31