Misirdə Nizaminin büstü qoyulacaq

Diasporla İş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Misirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi nümayəndəliyi açılacaq. Dövlət Komitəsinin mətbuat xidmətindən  "OLAYLAR"-a daxil olan məlumata görə, Nizaminin adını daşıyan Beynəlxalq Mərkəzin Misirdəki xüsusi nümayəndəliyi İsgəndəriyyə Kitabxanasının  nəzdində fəaliyyət göstərəcək. Nümayəndəliyin əsas məqsədi Misirdə, eləcə də digər ərəb ölkələrində və Afrika regionunda Mərkəzin fəaliyyətini koordinasiya etmək və Azərbaycan mədəniyyətini təbliğ etməkdir. Nümayəndəlik bilavasitə İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin kuratorluğu ilə fəaliyyət göstərəcək. Bununla yanaşı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının İsgəndəriyyə Kitabxanası və İsgəndəriyyə şəhərində əbədiləşdirilməsi üçün İsmayıl Seragəldinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsi və Gəncə şəhər icra hakimiyyətinin dəstəyi ilə Nizaminin büstü açılacaq və böyük şairə həsr olunmuş xüsusi guşə yaradılacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31