Şakira dahi elan olundu
36 yaşlı müğənninin IQ səviyyəsinin 140 olduğu açıqlanıb
10 İyun 2013 08:02 MədəniyyətMəşhur müğənni Şakira bu günə kimi əldə etdiyi uğurların təsadüfi olmadığını sübut edib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Beynəlxalq Dahilər Təşkilatı (Mensa) məşhur müğənni Şakiranın dahilər siyahısına düşdüyünü açıqlayıb.Təşkilat 36 yaşlı müğənninin IQ səviyyəsinin 140 olduğunu bildirib. Təşkilatın verdiyi açıqlamada IQ səviyyəsi 139-dan çox olanların dahilər sırasına daxil olduğu, Şakiranın da dahilər siyahısında yer aldığı qeyd olunub.Mensanın dahilər siyahısında Madonna (140 IQ), Quentin Tarantino (160 IQ) və James Woods (180 IQ) kimi məşhurlar da yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31