Malkoçoğluna tərəf müqabili axtarılır
Tanınmış aktyor Burak Özçivit “Çalıkuşu” serialına çəkiləcək
8 İyun 2013 16:52 Mədəniyyət"Muhteşem Yüzyıl" serialında canlandırdığı Malkoçoğlu obrazı ilə məşhurlaşan aktyor Burak Özçivit yeni serialına hazırlaşır.ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktyor "Çalıkuşu" serialında rol alacaq.Rəşad Nuri Güntəkinin eyni adlı romanı əsasında çəkiləcək serialda Burak Özçivit, Kamuran obrazını canlandıracaq.Aktyorun tərəf müqabilinin kim olacağı isə hələlik bilinmir. Fəridə obrazı üçün aktrisa axtarışları davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31