Bred Pitt ofisianta 560 avro bəxşiş verdi
Ancelina Coli və Bred Pitt verdikləri bəxşişlə ofisiantları təəccübləndirib
8 İyun 2013 14:56 MədəniyyətTanınmış cütlük Ancelina Coli və Bred Pitt getdikləri restoranda ofisianta 560 avro bəxşiş veriblər. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, 38 yaşını Almaniyanın paytaxtı Berlində qeyd edən Ancelina Coli əri Bred Pittlə suşi yemək üçün restorana gedib. Restoranda bir neçə saat qalan cütlüyün Undine Ortha adlı ofisianta 560 avro bəxşiş verdiyi məlum olub.Qeyd edək ki, Bred Pitt ad günündə Ancelinaya 4 min 600 dollarlıq alt paltarı dəsti və at hədiyyə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31