Birinci xanım Fərid Məmmədovla görüşdü

Mehriba Əliyeva uğurlu çıxışına görə "Eurovision 2013" təmsilçimizi təbrik etdi

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov ilə görüşüb. ANS PRESS-in Heydər Əliyev Fondunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, birinci xanım Fərid Məmmədovu müsabiqənin finalında uğurlu çıxışına və mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiyinə görə təbrik etdi.
Mehriban Əliyeva artıq altıncı dəfədir ki, "Eurovision" mahnı müsabiqəsində ölkəmizin uğurla təmsil olunduğunu vurğuladı. Azərbaycanın bu müsabiqədə yüksək səviyyədə iştirakının dövlətimiz tərəfindən daim dəstəkləndiyini qeyd edən birinci xanım ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu bildirdi və bu uğurları həm də böyük bir komandanın nailiyyəti kimi dəyərləndirdi.
Fərid Məmmədov da ona göstərilən diqqət və qayğıya görə birinci xanıma təşəkkürünü bildirdi. Sonda xatirə şəkli çəkdirildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31