Azərbaycan Konqres Bürosunun təqdimatı keçiriləcək
7 İyun 2013 18:43 Mədəniyyətİyunun 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun (Azerbaijan Convention Bureau) təqdimat mərasimi keçiriləcək. Nazirliyin məlumatına görə, Azərbaycanda işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə yaradılan Büronun əsas fəaliyyəti Azərbaycana iri miqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE (işgüzar) turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak və s. məsələləri əhatə edəcəkdir.
Mərasim zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə bir sıra brend mehmanxanaların və turizm şirkətlərinin rəhbərləri arasında Büronun yaradılması barədə niyyət protokolu imzalanacaq. Büroya üzv olmaq arzusunda olan turizm şirkətləri və digər müqabil tərəflər üçün Büroya üzv olmaq imkanı yaradılaraq, onların imzalanma mərasiminə bilavasitə qoşulması nəzərdə tutulub. ("OLAYLAR"İA)