İbrahim Tatlısəs adını geri istədi
Məşhur müğənni “Tvitter”də bir zamanlar istifadə etdiyi “İbrahimTatlises” adını geri almaq istədi
7 İyun 2013 18:35 Mədəniyyət"OLAYLAR"ın Türkiyə mətbutına istinadən verdiyi məlumata görə, bir müddət sosial şəbəkədən çıxdığını deyən müğənninin öncə istifadə etdiyi "İbrahimTatlises" səhifəsinin başqası tərəfindən yaradılması onun üçün sözün əsil mənasında problemə çevrilib. Tatlısəs "nə olur, adımı mənə geri verin" deyə bu adda səhifə yaradan istifadəçiyə səslənib. Hazırda "İmparatoribo" adı altında qeydiyyatdan keçən müğənni gileyini də gizlətməyib: "İmparator İbo nədir? Sanki özümə ad qoymuşam. Bu özündən razılıq kimi çıxır. Səhifəmi öncəki adda yenidən istifadə etmək istəyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31