“Bundan sonra Hüseyn Abdullayevin mahnılarına müraciət edərkən götür-qoy edəcəyik” - ŞERON

“Biz yalnız mahnı oxumuşuq. Siyasətə qarışmamışıq ki”

"Şeron"un üzvi Ülvi Cəfərov bandotdelə çağrılmaları haqda "OLAYLAR"a danışdı: "Bizi heç kim heç yerə çağırmayıb. Xəbərlərdə yazılıb ki, guya bizi bandotdeldə döyüblər. Bu yalan məlumatdır. Bu vaxtadək heç kəslə ədavətimiz olmayıb. Hər zaman nöqsansız olaraq fəaliyyət göstərməyə çalışmışıq. Buna görə də kimsənin yanında ömür boyu başı aşağı olmamışıq. Bandotdeli elə ucuzladırıblar ki, hər nə oldu hər kəsin adını orada hallandırırlar. Biz yalnız mahnı oxumuşuq. Siyasətə qarışmamışıq ki. Siyasətə heç vaxt qarışmaq fikrimiz də yoxdur. Oxuyanıq, işimiz budur. Hər kəs öz işini bilməlidir. Bizim bir düşmənimiz var. O da ermənidir. Mahnını da bu məqsədlə oxumuşuq".

-Bəs bundan sonra bəstəkar Hüseyn Abdullayevlə işbirliyiniz davam edəcək?

-İşbirliyimiz deyəndə ki... biz oxuyan adamlarıq da. Bizə kim mahnı versə onunla da işləyirik. Amma ki, bundan sonra təbii ki, Hüseyn Abdullayevin mahnılarını oxuyarkən götür-qoy edib sonra oxuyacağıq ki, belə söz-söhbətlər ortaya çıxmasın. Bizim heç vaxt problemimiz olmayıb, bundan sonra  da problemimizin olmasını istəmirik.

Qeyd edək ki, yayılan məlumatlarda "Şeron" qrupunun üzvlərinin Hüseyn Abdullayevin "Susma" mahnısını ifa etdiyi üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31