Britni Spirs əvvəlki günlərə qayıdır?
7 İyun 2013 19:42 MədəniyyətŞon Preston və Ceyden Ceyms adlı iki oğlu olan məşhur amerikalı müğənni Britni Spirs son vaxtlar unudulmaqda olduğunu anladığından karyerasında dönüş etmək qərarına gəlib. Milli.Az Mail Online-a istinadən bildirir ki, Twitter-dəki akkauntunun 27 milyon daimi oxucusu olan 31 yaşlı müğənni dünən TBT (Throwback Thursday) heşteqi yayıb. Bu isə "Qayıdış" deməkdir. Müğənni 2004-cü ildəki "Onyx Tour" konsert turnesindəki paltarın tam eynisini geyinərək səhnəyə çıxıb. Britni Kaliforniya ştatındakı Raço Palos Verdesdə yerləşən "Terranea Resort" otelində yeni sevgilisi Devid Lukando ilə birlikdə istirahətdədir.
Müğənni yeni konsert turuna nə zaman başalyacağını açıqlamayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31